"Neverkuzen"

2002-ci ilin mayında "Bayer" 11 gün ərzində ardıcıl 3 titulu qazanmaq şansını itirib.

Bundan sonra Leverkuzen təmsilçisinin ironik ləqəbi "Neverkuzen" (ingiliscə never - heç vaxt ) ləqəbi yaranıb.

Əsrdən artıq tarixində 1 dəfə də Bundesliqa çempionu ola bilməyən klub 165 min əhalisi olan kiçik şəhərin simasıdı.

Daha doğrusu, klubun təsisçisi olan eyniadlı firma dünya farmasevtikasının liderlərindəndi və Leverkuzen əsasən bu iki "Bayer"ə görə tanınır.

Əlbəttə, əhalisi təxminən Ağdamla eyni olan şəhərin klubu beynəlxalq arenada "Qarabağ"dan daha məşhurdu, büdcəsi Qurban Qurbanovun komandasından 20-30 dəfə çoxdu, hazırda dünyanın TOP 5 ölkələrindən birinin çempionatının lideridi və s. və i.

Amma "Qarabağ" da artıq əvvəlki kimi "böyük beşlik" çempionatlarının klublarına rahatlıqla boyun əyəcək rəqib deyil. Komandamız bunu ötən mövsüm "Nant" və "Frayburq"la oyunlarda göstərdi.

Bu səbəbdən indi bukmekerlərin çempionumuza tamamilə inanmaması da bəlkə də rəqibi rahatladacaq və xeyrimizə işləyəcək faktdı.

Bu oyun ən çox diqqət olacaq iki adam var. Qapıçımız Lunyov "Bayer"i "Qarabağ"a dəyişib və onun gəçişindən sonra komandamızda sanki, özüninam artıb. İndi futbolçularımız bütün xəttlərdə daha rahat və soyuqqanlı oynayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən ötən ilin yekunlarına əsasən dünyada ən ali ədalətli oyun mükafatını alan 4 nəfərdən biri olub. Qurbanov oktyabrın 21-i Budapeştdə keçirilən təltifetmədən sonra ilk matçına çıxacaq. Və yəqin ki, futbolçuları bu matçda həm də onu karyerasının ən böyük nailiyyəti münasibətilə təbrik etmək üçün çalışacaqlar.

Qurbanova idman uğurlarına görə paxıllıq edən bəzi azərbaycanlı həmkarları isə indi həm də futbolumuzun bu canlı əfsanəsinin beynəlxalq səviyyədə ədalətli oyun prinsiplərini qoruyan bir şəxsiyyət kimi tanınmasına üzüləcəklər. Qeyri-təvazökarlıq da olsa, qeyd edim ki, Qurban hocanı bu mükafata namizədliyini vermək ideyası mənə məxsusdu və bunun üçün lazım bütün sənədləri mən azərbaycanca hazırlamışam, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə ingiliscəyə çevirib, bu qurumun prezidenti Eldar İsmayılov və vitse-prezidenti Natiq Nəsirovun da dəstəyi və böyük əməyi sayəsində bir azərbaycanlının namizədliyini vermişik və sonda o uğur qazanıb. Qurbanov bu mükafatı alan ilk azərbaycanlı kimi tarixə düşüb. Təbii ki, o zamanın ədalətli oyun prinsiplərinə sadiq qalmasa biz nə qədər onun namizədliyini versək də faydası olmazdı. Amma adamın zəhmətinə zərrə qədər də dəyər verməyəndə...

Nə isə, çox uzatmayım. Bu mükafatın qazanılmasında mənim də kiçicik payım varsa, nə mutlu mənə! Buna görə qısqanan, sancılananlar varsa "Bayer" firmasının istehsalı olan alman keyfiyyətli dərmanlar alıb hədiyyə verməyə hazıram. Bəlkə köməyi ola.

Hələliksə, Köln aeroportunda oturub gələn il burda keçiriləcək AVRO 2024-ün reklam roliklərinə baxa-baxa "Qarabağ"ın gəlişini gözləyirəm.

Və tam bir əminlik var ki, çempionumuz bacardığı yaxşı futbolu göstərib Almaniyadan başıuca dönəcək.

Qurban Qurbanovun "Qarabağ"ına ən azı bizdə bu əminliyi yaratdığına görə təşəkkür düşür!

ETOPAZ-ın dəstəyi ilə hazırlanıb

Son xəbərlər
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
DAHA ÇOX

Ən çox oxunanlar