De Byazinin fatihəsi

De Byazinin fatihəsi



Azərbaycan milli komandası Belçikaya da 0:5 uduzub Fikrət Adığözəlli demiş suyu süzülə-süzülə vətənə döndü.
Isveçə lazım olmayan oyunda qələbədən sonra AFFA prezidenti mediaya "De Byazinin fatihəsini verməkdənsə, ona dəstək lazımdı" tipli fikir bildirmişdi.
Qoca italiyalı isə Azərbaycan millisində son matçında da rəqibdən 5 qol yeməsi bir kənara, yenə mətbuat konfransında sərsəmlədi, jurnalistləri təhqir etdi və s...
...Bu seçmə mərhələdə Belçika ilə son matçdan başqa millinin bütün səfər qarşılaşmalarında olmuşam.
Avstriya ilə ilk oyundan sonra De Byaziyə sual vermişdim ki, 3 ildir millidə işləyirsiz qarşınıza hansı hədəf qoyulub? Sözündən belə çıxdı ki, heç bir hədəf qoyulmayıb, AFFA-nın başbilənləri deyiblər gəl ölkənin büdcəsinin bir tərəfindən də sən xımır-xımır ye. Sonra bir qədər düşünüb demişdi ki, qarşıma gəncləşdirmə məqsədi qoyulub. Mən də sual vermişdim ki, o zaman Almeyda, Haqqverdi, Ozobiç və başqa millişdirilmiş "ağsaqqallar" komandada nə gəzir?
Bu sual De Byazinin xətrinə dəymişdi, İsveçə 0:5 uduzandan sonra pizza yediyi üçün xeyli gecikdiyi mətbuat konfransında özü mənə qayıtmışdı ki, gördün Almeyda necə oynadı? Mən də cavab vermişdim ki, gördüm - iki oyuna 9 qol buraxıb 1 qol vurmaq əladı.
Bundan sonra Canni De Byazinin qocalıq marazmından əziyyət çəkdiyini özüm üçün yəqinləşdirmişdim. Estoniya səfərində isə buna artıq 100 faiz əmin oldum.
Albaniya millisindən ayrılandan sonra rəsmən karyerasını bitirdiyini açıqlayan qoca italiyalı əslində o zaman çox doğru qərar vermişdi. Çünki, məşqçi kimi çoxdan bitdiyinin fərqindəydi. Təəssüf ki, Azərbaycan futbolunu idarə edənlər üçün bu o qədər də önəmli məqam deyil. Görünür AFFA rəhbərliyinin milliyə baş məşqçi seçimində biz bilmədiyimiz xüsusi kriteriyalar var. Əsas kriteriyanın baş məşqçinin maaşından və mükafatlardan yuxarılara "otkat" vermək olmamasına yalnız ümid edə bilərik...
Qapıda Şahruddin Məhəmmədəliyev, müdafiədə Höccət Haqverdi və Anton Krivotsyuk, yarımmüdafiədə Aleksey İsayev, Ozan Can Kökçü, Riçard Almeyda, Filip Ozobiç, Eddi İsrafilov və baş məşqçisi De Byazi olan bir milli düşünün...
Dünyanın dörd bir tərəfindən öz ölkəsində ehtiyac duyulmayan futbolçulardan qurulmuş bu milli (icazənizlə, belə demək mümkünsə) Rövnəq Abdullayevin danışığına bənzəyir. Rövnəq müəllim AFFA-ya rəhbərlik edəndən bu yana futbolumuzdakı inkişaf təxminən onun öz natiqliyindəki inkişaf qədərdi. Abdullayevin AFFA prezidenti olaraq bu sahəni o qədər də yaxşı bilməməsi, məsələn, pley-off və feyr-pley-i qarışdırması kimi elementar məsələlər hər kəsə bəllidi.
Hə, Rövnəq müəllimin AFFA-dakı işi kobud desək "pul buraxmaq" olub. Amma onun güvəndiyi Elxan Məmmədov kimi kadrlar bu vəsaiti futbolun inkişafına yox, başqa məqsədlər üçün istifadə edib.
Mart ayında AFFA-nın yeni prezidenti seçiləcək. Deyilənə görə Elxan Məmmədov özü bu vəzifəyə iddia edir...
Azərbaycan futbolundan nə desən gözləmək olar. Buna görə də, artıq heç nəyə təəccüblənmirəm.
Bircə onu bilirəm ki, eşşək palçığa bir dəfə batar... 

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar