Futbolumuzun başına düşən asteroidlər

Futbolumuzun başına düşən asteroidlər

Bütün futbol ictimaiyyəti, mütəxəssislər, jurnalistlər, azarkeşlər, hətta futbolçular özləri milli komandaya yerli baş məşqçi istəyir. Amma AFFA əcnəbi axtarır...

Səbəb bəlli deyil. Yerli baş məşqçi bu işdə çalışmaqdan şərəf duyar, cüzi maaşa razı olar, hətta maaşsız da işləyər və istənilən əcnəbidən də yaxşı nəticə verər. Amma AFFA rəhbərliyinə bu sərf etmir. Bir baş məşqçiyə ki milyonla pul dağıtmadın onun nə ləzzəti?!

Allah Azərbaycan futbolunun başına Elxan Məmmədov və Elşad Nəsirov boyda iki asteroid salıb... Onlardan qopan Zaur Axundov və bəzi digər İcraiyyə Komitəsi üzvləri kimi meteoritlər də illərdir xısın-xısın işlərini görə-görə, tapşırıqlarını yerinə yetirə-yetirə gəlirlər. Məsələn, həmin Axundov mövsümün əvvəli Gəncədə jurnalistlərə millidə yerli məşqçi görmək istədiyini demişdi. İndi isə Elşad Nəsirovla birgə bunun qəti əleyhdarıdı...

Rövnəq Abdullayev formal fiqurdu. Adları eyni hərflə başlayan iki məsləhətçisi nə desə ağlına batır, dövlətin nə qədər pulunu desələr mənasız yerə dağıdır.

İsveçlə əhəmiyyətsiz qələbəyə görə hər futbolçuya 40 min manat paylayan birindən başqa nəsə gözləməyə dəyərmi?! İsveçlə qələbə cəhənnəm, məsləhətçilərinin sözü ilə uduzulan oyunlara görə də futbolçulara mükafat verməsi bir ara bütün dünyada bizi gülüş obyektinə çevirmişdi. Nə isə... Deyiləsi, çəkiləsi dərd deyil.

İndi aktual olan məsələ AFFA-da martda keçiriləcək seçkilərdi. Böyük ehtimalla federasiyanın rəhbərliyi dəyişəcək. O zaman indi milliyə tələm-tələsik yeni məşqçi axtarmaq hansı məntiqə sığır?! Yeni rəhbərlik 1-2 ay sonra həmin məşqçini qovsa, dünyada özümüzü növbəti dəfə rüsvay etməyəcəyikmi?!

Bir də bu əcnəbi məşqçi sevdası, israrı nədi axı?! İndiyəcən gətirib onmilyonlar xərclədikləriniz hansı fayda verdilər?! Tamam mütləq əcnəbi olacaqsa, Azərbaycanda çalışan, mentaliteti və futbolumuzu bilən biri lazımdı. Beləsi də bu gün elə cəmi bir nəfərdi - Murad Musayev.

Amma əminəm bunlar Murad Musayevin namizədliyini müzakirə etməyəcəklər. İllərdir başlarını ucaldan Qurban Qurbanova qarşı bəlli münasibət göstərən adamlar üçün Murad Musayev kimdi ki?!

İndi həvəslə təbliğatlarını apardıqları, bir ara U 21 millimizə soxuşdurduqları Obradoviç kimi adı it dəftərində olmayan birini gətirib babat rəsmi maaş yazacaqlar, vəssalam-şüttamam.

Obradoviç dedim bir şeir yadıma düşdü. Murad Köhnəqalanın yazdıqlarına əl gəzdirib "Gəl ey gözəl, Obradoviç" deyə bilərik:

Gəl, ey ustad Obradoviç,

çal, ey ustad Obradoviç.

Masteropoviç, Masteropoviç.

Sən gəlməsən yurdumuza bahar gəlməz,

Dobrodoviç, Obradoviç.

Sən xalqımızın yaxın sirdaşı

Dostropoviç, Obradoviç

Daxili və xarici siyasətimizin

ən müdrik tapıntısı,

ən iti zəkalı baş məşqçi

Ostropoviç, Obradoviç....

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar