Nəticəsi əvvəldən bilinən oyun

Nəticəsi əvvəldən bilinən oyun

Bu axşam Avropa meydanlarındakı qürurumuz "Qarabağ" tarixinin ən rahat oyununa çıxacaq.

Çempionumuz qarşısına qoyulan tapşırığı artıqlaması ilə yerinə yetirib. Birdən birə iki tarix yazıb. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasında 1/16, ardıncasa 1/8 finala yüksəlib!

Səmimi deyim, püşkdə son anda "Qarabağ"a rəqib olacaq potensial iki rəqib - "Slaviya Praqa" və "Bayer Leverkuzen" qalanda 1/4 final xəyalları qurmağa başlamışdım. Amma qismət...

Bunu oyundan öncə yazmağım bəlkə də düz deyil. Amma "Qarabağ" və "Bayer" obrazlı desək başqa planetlərin futbolunu təmsil edirlər. Hə, futbolda bəzən möcüzə də olur. Amma "Qarabağ"ın bura qədər gəlib çıxmasının özü möcüzədi. Və ağdamlıların Almaniya təmsilçisinə qarşı maksimum edə biləcəyi var gücünü ortaya qoymaq, gözəl futbol sərgiləməkdi.

Azca futboldan xəbəri olan adam "Qarabağ"ın qarşısına "Bayer"i də keçməlisən" tələbi qoya bilməz. Leverkuzenlilərin bu mərhələdə Bakıya gəlişi bizim üçün nağıllar aləminə səyahət kimidi...

Aşağılıq kompleksi filan deyil, real baxışdı. Qurban Qurbanova Braqadakı oyundan öncə sual vermişdim ki, portuqaliyalıların 1 futbolçusu sizin bütün komandadan bahadı. Bu oyunçularınıza psixoloji təzyiq göstərmir ki? Dedi belə şeylərin üzərində dayanmırıq, hər oyun qələbə qazanmaq istəyirik. Cavab xatirinə demirdi, adamda bir əminlik vardı. Və bu əminlik komandasına, futbolçularına da keçdi.

Bu gün də əminlik olacaq. Eyni zamanda rahatlıq. Çünki, "Qarabağ"dan heç kim nəticə tələb etmir. Xalqımıza yaşatdığı bu bayramın kefini çıxartmalıyıq.

...Hər dəfə Türkiyənin 3 böyüyünün matçı keçiriləndə Bakıda heç bir kafe-restoranda yer olmur. Mən də adətən öz komandalarımızın çempionat, kubok qarşılaşmalarına baxmağa gedirəm. "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" oynadısa, "Bağışlayın bütün yerlər rezervdi, başqa heç nəyə baxmaq olmayacaq" deyirlər. Amma bu axşam tək Bakıda yox, bütün Azərbaycanda yerlər "Qarabağ"a görə rezervdi. Əminəm, Türkiyədə də çempionumuzun oyununa baxan çox olacaq. Artıq "təmsilçimiz, takımımız" deyə xitab edirlər "Qarabağ"a...
Türkiyədən "Qarabağ"ın oyununu izləmək üçün Bakıya jurnalistlər gəlir, Qurban Qurbanova suallar verir. Hoca da "qardaşlarımızın da dəstəyini duyuruqsa, qarşımızı heç kim ala bilməz!" deyir.

Azərbaycanlı olaraq qürur hissi keçiririrsən. Həssas adamam. Belə şeyləri görəndə kövrəlirəm.
"Qarabağ" təfəkkürümüzü, məğlub psixologiyamızı, dünyada bizə olan baxışı dəyişir.

Xabi Alonso kimi dünya ulduzu "Qarabağ"ın gücündən danışır, "Qurban Qurbanov yaxşı məşqçidi" deyir.

Bütün bunlara görə, hər şeyə görə "Qarabağ"a, Qurban hocaya, klubun rəhbərliyinə nə qədər təşəkkür etsək azdı!

Bugünkü oyunun nəticəsi əvvəldən bilinir:
Biz qalibik! "Qarabağ" qalibdi! Azərbaycan qalibdi!

Son xəbərlər
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
DAHA ÇOX

Ən çox oxunanlar