“Nant”ın tarixi, yoxsa “Qarabağ”ın əzəməti?

“Nant”ın tarixi, yoxsa “Qarabağ”ın əzəməti?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi “Nant”dır. Rəqibin ötən mövsüm Fransa kubokunu başı üzərinə qaldırması avrokuboklara vəsiqə ilə nəticələndi. Liqa 1-dəki vəziyyət isə əvvəlkilərə nisbətən daha yaxşı olsa da, ciddi mənada heç nəyə yaramadı – 9-cu yer.

“Sarılar”ın son 20 ildəki vəziyyətinə nəzər salsaq görərik ki, rəqibin çəkisinə ağırlıq gətirən yeganə amil Fransa təmsilçisi olmasıdır. 

Əlbəttə, ikinci dünya müharibəsinin qızğın vaxtında – 1943-cü ildə yaradılan “Nant” əldə etdiyi titullara görə ölkəsində öndə gedənlərdəndir.

300 minlik şəhərin təmsilçisi 79 illik tarixi ərzində 8 dəfə Fransa çempionluğunu, 4 dəfə ölkə kubokunu, 3 dəfə ölkə superkubokunu qazanıb, 1965-ci ildə isə artıq tarixin yaddaşına qovuşan Liqa kubokunda hamıdan üstün olub.

1995/96 mövsümündə Çempionlar Liqasının yarımfinalına qədər irəliləməsi “Nant”ın tarixində ən böyük uğur hesab oluna bilər. Həmin illər klubun heyətində parlayan və Fransa yığmasına cəlb edilən hücumçular Nikolya Uedek və Patris Lokonu stajlı azarkeşlər yaxşı xatırlayar. Loko 28 il öncə Trabzonda keçirilən Avropa Çempionatının seçmə matçında "Qarabağ"ın indiki qapıçılarla işləyən məşqçisi Elxan Həsənovun qapısına vurduğu qolla komandasının 2:0 hesablı qələbəsinə töhfə vermişdi. Nikolya Uedek isə 1993/94 mövsümündə 20 qolla Liqa 1-in bombardiri olmuşdu. Hər iki ulduz forvard "Nant"ın uşaq futbol akademiyasının yetirmələri idi. O dövrdə klubun ən önəmli futbolçusu isə Çad millisinin keçmiş üzvü Yafet N Doram idi. 

Amma 20 ildən çox idi “sarılar” Fransa futbolunda ortabab, hətta bəzi anlarda zəiflərdən hesab olunurdu. Sonuncu gözəgəlimli titul 2001-ci ildəki ölkə çempionluğu idi, 21 il titul üzünə həsrət qalan komanda avrokuboklarda da iştirak etmirdi.

21 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan Antuan Kombuarenin yetirmələri bu mövsüm bütün yarışlarda keçirdikləri 9 oyunda cəmi 2 dəfə, o da öz meydanında qələbəyə sevinib. 

Doğrudur, Avropa Liqası qrupundakı ilk oyunlarında “Olimpiakos”u çətinliklə məğlub etməyi bacarıb. Həmin “Olimpiakos” ki, Pireydə Hayfa "Makkabi"sinə 0:4 uduzaraq Çempionlar Liqasına vida edib, daha aşağı ranqlı avrokubok turnirinin qrup mərhələsinə yüksəlmək üçünsə təsnifat mərhələlərində penalti zərbələri hesabına rəqiblərini üstələyib. 

Bəli, "Nant" ənənəsi olan klubdu. Dünyaya Marsel Desayi, Klod Makelele, Didye Deşam, Kristian Karambö, Jeremi Tualalan, Mikael Landro və bir çox başqa ulduz futbolçu bəxş edib. Klub uşaq futbol akademiyası Fransada ən yaxşılardan sayılır. Amma hazırda "Qarabağ" bu rəqibi rahatlıqla udacaq səviyyədə futbol nümayiş etdirir. Biz bunu "Lex"lə Bakıdakı oyundan başlayaraq davamlı görürük. 

Odur ki, "Nant"ın keçmişinə böyük hörmətimizə rəğmən, əminliklə "Qarabağ" bu klubu hər iki oyunda məğlub edəcək potensialdadı" deyirik.

"Qarabağ"ın bu oyunu həm də, ölkəmiz üçün çox həssas günlərə təsadüf edir. İdmanı, futbolu nə qədər siyasətə qatmamaq istəsək də, ermənilərin Nantdakı oyunda təxribatlara hazırlaşdığını indidən bilirik. 

UEFA-nın şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə icazə verməməsi də, birmənalı qarşılanmayıb.

Bütün bunlar oyunu daha da prinsipial edir. 

Əminəm ki, hər cür çətinliyi dəf etməyə, möcüzələri gerçəkləşdirməyə öyrəşmiş Qurban Qurbanov və komandası sabah öz oyununu göstərəcək, lazım gəlsə, xarakter nümayiş etdirəcək. Bu, "Nant" üzərində ilk qələbəmiz üçün yetərli olacaq deyə düşünürəm.

Uğurlar, "Qarabağ"! 
Uğurlar, Azərbaycan!
Tanrı şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Son xəbərlər
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
DAHA ÇOX

Ən çox oxunanlar