Türkiyənin qələbəsinə şahidlik edəcək arena - Anar Şabanoğlu Berlindən yazır

Türkiyənin qələbəsinə şahidlik edəcək arena - Anar Şabanoğlu Berlindən yazır

Qoca Avropa Türkiyə-Niderland oyununu səbrsizliklə gözləyir. 

"Köhnə qitə" bu gün kimə azarkeşlik edəcək bilmirəm. Amma dünya türklərinin mövqeyi bəllidi. Burda söhbət tək milli mənsubiyyətdən getmir. Merih Demirelə verilən anlaşılmaz cəzadan sonra yəqin ki, dünyada türk olmayan ədalətli və obyektiv insanlar da bu axşam Türkiyəyə simpatiya bəsləyəcək.

AVRO - 2024 1/4 final mərhələsinin Türkiyə-Niderland oyununa UEFA-nın rəsmi akkreditasiyasını alan tək azərbaycanlı jurnalist kimi təyyarə Berlinə enəndən sonra dərhal Avropa çempionatının finalının keçiriləcəyi arenaya üz tuturam.

Oyunun başlamasına saatlar qalsa da Berlin Olimpiya stadionunun qarşında canlanma var. Niderlandlı azarkeşlər rəngli geyimləri ilə diqqət çəkir. Türklər daha çox olsa da, mentalitet və ya başqa səbəbdən nisbətən klassik görkəmdədi. 

AVRO 2024-ün finalının keçiriləcəyi stadionun ətrafında azərbaycanlıya da rast gəlirəm. Əslən sumqayıtlı Yaqub Abbasov qitənin ən mötəbər futbol turnirində çalışır. Bilet axtarışında olan türkiyəli və niderlandlı azarkeşlərə oyundan öncə stadionun önündəki dələduzlara inanmamağı məsləhət görür. Yaqub deyir ki, bütün biletlərin üstündə sahibin ad-soyadı olmalıdı, əks təqdirdə oyuna buraxılmayacaqsınız. Bilet sahibləri isə bunu bilməyən azarkeşlərin pulunu alır, sonra özləri oyuna girir. Pul verən binəvalar isə qalır bayırda...

"Almaniya dağılır" mövzusunu stadionun ətrafında dilənən qaraçıları görəndən sonra da yarızarafat xatırlayıram...

Amma pozitiv məqamlar daha çoxdu. Ən azı bizim üçün. Berlin Almaniyada ən çox türkün yaşadığı şəhərdi. Burda "Kiçik İstanbul" adlandırılan türk məhəlləsi var.

Əvəzində Berlin Niderlandla sərhəddə yerləşən, bir zaman Vaqif Cavadovun şərəfini qoruduğu "Tvente"nin təmsilçisi olduğu Enshedeyə təxminən Bakıdan Gədəbəyə qədər olan bir məsafədə yerləşir. Odur ki, niderlandlı azarkeşlər də sevimli komandalarını dəstəksiz qoymayacaq. 

Almaniyanın ən böyük şəhərinin küçələri qırmızı və narıncı rənglərə bürünüb. Niderlandlı azarkeşlər daha çox milli formaya və narınclı rəngli digər geyimlərə üstünlük verir. Türkiyəli azarkeşlərin isə demək olar hamısının əlində ay-ulduzlu bayraqlar var. Şəhərin küçələrində Türkiyə bayraqları ilə şütüyən səs-küylü avtomobillər də az deyil. 

Amma ən maraqlısı axşam olacaq. Ümid edək ki, hər iki ölkənin tərəfdarları bu böyük futbol bayramına yaxşı mənada rəng qatmağa davam edəcək, güclü olan qalib gələcək.

Bu axşam Türkiyənin daha güclü olacağına isə zərrə qədər şübhə etmirəm. 

Çünki, bu gün Türkiyənin əsas heyətində meydana 11 Merih çıxacaq...

Anar Şabanoğlu, Sports.az

Berlindən

ETOPAZın dəstəyilə hazırlanıb

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar