100 ilin tənhalığı

100 ilin tənhalığı

Sizə Qabriel Qarsiya Markesin yaradıcılığından danışmayacam. Bu gün futbol tarixinin ən ünlü simalarından birinin 100 illik yubileyidi və o, azərbaycanlıdı!

Dünyada Azərbaycanın adını futbolla bağlı çəksək, futbolsevərlərin ağıllarına gələn ilk ad-soyad birmənalı Tofiq Bəhramov olacaq. Başqa cür mümkün də deyil!

Bugünəcən ölkəmiz dünya futboluna çox adlar verib desək, qeyri-səmimi olar.
Bəlkə də bir nəfər var ki, onu da əsasən Azərbaycanda və postsovet məkanında tanıya bilərlər. Söhbət Anatoli Banişevskidən gedir. O, 1966-cı il dünya çempionatında bürünc, 1972-ci ildə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Amma Tofiq Bəhramovu bütün dünya tanıyır! 1966-cı il iyulun 30-u İngiltərədə keçirilən dünya çempionatında verdiyi bir qərara görə...

"Uembli" stadionunda 96924 tamaşaçının izlədiyi final qarşılaşmasının 101-ci dəqiqəsində Ceffri Herstin zərbəsindən sonra top qapı tirinə dəyib aşağı düşür. Top qapı xəttini keçmişdi, yoxsa xəttin üstünə düşmüşdü? İngilis futbolçular isveçrəli ədalət təmsilçisi Qottfrid Dinstə hücum çəkib qol olduğunu sübut etməyə çalışır. Mübahisəli epizodda doğru qərar vermək istəyən baş hakim bəlkə də məsuliyyəti bir qədər üzərindən atmaq üçün laynsmana tərəf qaçır. Tofiq Bəhramov əminliklə qol olduğunu bildirir və baş hakim İngiltərə tarixində ilk və hələlik tək dünya çempioluğunu gətirən həlledici qolu qeydə alır.
Sonralar Rusiya mediası heç bir mənbə göstərmədən guya Bəhramovun ölümündən əvvəl son müsahibəsində bu epizodla bağlı suala "Stalinqrad" cavabını verdiyini uydurmuşdu. Amma Tofiq Bəhramovun oğlu Bəhram bunun cəfəngiyyat olduğunu bildirmişdi.

Bu epizod haqda o qədər danışılıb ki, təkrar ətraflı müzakirəyə çıxarmaq istəmirəm. Yalnız onu deyim ki, Bəhramovun qərarı ilə dünya çempionluğundan məhrum olan Almaniyanın kapitanı Uve Zeeler final fitinin ardından ona yaxınlaşaraq qol qeydə alınanda etdikləri etirazlara görə üzr istəyib.

2016-cı ildə Böyük Britaniyanın "Sky Sports" telekanalında müasir texnologiyalar vasitəsilə sübut edilib ki, Tofiq Bəhramov düzgün qərar verib. Bundan sonra yeni yaranan "Goal Line" texnologiyasına Tofiq Bəhramovun adının verilməsi haqda yarızarafat-yarıgerçək müzakirələr gedib.

İngiltərədəki dünya çempionatından öncə cəmi 2 beynəlxalq oyun idarə etmiş bakılı ədalət təmsilçisi laynsmen olduğu matçdan sonra "Qızıl fit"ə layiq görülən, heykəli qoyulan və adına stadion olan ilk və hələlik yeganə futbol hakimi kimi də tarixə düşüb.

Tofiq Bəhramov 1972-ci il mayın 3-ü Vulverhemptondakı "Molinex Ground" stadionunda keçirilən tarixdə ilk UEFA kuboku (indiki UEFA Avropa Liqası) finalının -  "Vulverhemton Uonderers" - "Tottenhem Hotspur" matçının baş hakimi olub.

O, həmçinin 1966-da və 1970-ci illərdə keçirilmiş dünya çempionatları, 1968-ci və 1972-ci ildə keçirilmiş Avropa çempionatlarının final mərhələlərində hakimlik edib.

Tofiq Bəhramovdan sonra Azərbaycanda yaxşı futbol hakimliyi məktəbi yaranıb. Bu məktəbin ən şanlı yetirməsi Eldar Əzimzadə böyük etimada layiq görülüb - Olimpiya Oyunlarının finalı kimi mötəbər matçın baş hakimi olub.

Ölkəmizdə futbolun acınacaqlı vəziyyətinə baxmayaraq Yunanıstan çempionatının oyunlarına idarə etməyə dəvət alan, Çempionlar Liqasında baş hakimlik edən FİFA referisi Əliyar Ağayevi də Bəhramovun davamçılarından saya bilərik.

Amma bu gün 100 illik yubileyi qeyd edilən əfsanə kimi nə ondan öncə, nə sonra heç bir azərbaycanlıya DÇ finalının hakimliyi qismət olmayıb.

Müxtəlif mənbələr Tofiq Bəhramovun əslən zəngəzurlu olduğunu, Ağcabədi, Şuşa və ya Ağdamda dünyaya gəldiyini yazır.

Amma belə insanlar bir ailənin, rayonun, bölgənin miqyasına sığmaz!

Ruhu şad olsun!

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar