"Qarabağ" boyda dərdimiz

"Qarabağ" boyda dərdimiz

"Qarabağ" avrokuboklarda çıxışını Yunanıstanda böyükhesablı məğlubiyyətlə bitirdi. "Olimpiakos" UEFA Konfrans Liqasının hazırki çempionudu. Ötən mövsüm "Fiorentina" ilə finalda yeganə qolu vuran Ayub El Kaabi bu dəfə 2 qola imza ataraq Azərbaycan çempionu ilə oyunun taleyini həll etdi.

"Qarabağ"a gəlincə...
Təəssüf ki, ötən il Avropada səs salan o komanda artıq yoxdu. Düşünürəm ki, burda əsas səbəb aparıcı legioner futbolçuların motivasiyanı itirməsi ola bilər. "Bayer Leverkuzen", "Braqa" və başqa komandalarla yüksək səviyyədə oyun nümayiş etdirdikdən sonra Azərbaycan çempionatına qayıtmaq çox çətindi. Rahatlıqla çempion olacağını əvvəlcədən bilən futbolçu istər-istəməz özünə qarşı tələbkarlığı azaldır, psixoloji cəhətdən çökür.
Təsadüf deyil ki, komandanın lideri Juninyo "Flamenqo"ya getdi. Bir neçə gün öncə anasını itirən komandanın hazırki lideri Yassin Benzianın da burda xoşbəxt olmadığı, Qətərin "Umm-Salal" klubuna keçəcəyi haqda söhbətlər dolaşır.
Gedəcəyi deyilən legionerdən biri də müdafiənin lideri Kevin Medinadı.
Hər iki futbolçunun klubla müqaviləsi yayda bitir və indi getməsələr də, mövsümün sonu komanda tərk edəcəkləri demək olar ki, şübhə doğurmur. Əksinə, indi komandaya az da olsa gəlir gətirsələr, bu daha ağıllı variant kimi görünür. Bu il Yassin Benzianın 31, Kevin Medinanın isə 32 yaşı tamam olur. Onların uzaq perspektivdə komandaya fayda vermək ehtimalları da yoxdu.
Yayda müqaviləsi bitən Riçard Almeydanın 36, Marko Veşoviçin 34, Bədavi Hüseynovun 33, Patrik Andradenin 32, Şahruddin Məhəmmədəliyevin 31, Abbas Hüseynovun isə bu il 30 yaşı olur.
Benzia və Medina kimi bu futbolçuların da yaşı uzaq perspektiv üçün plan qurmağa imkan vermir. Düzdü, Bədavini hardasa komandanın mənəvi lideri saymaq olar. Amma bəlkə də bu yaşda butslarını mismardan asıb məşqçilər korpusunda çalışmaqla komandaya daha çox fayda verə bilər.
Şahruddinin qapıçı üçün, Abbasın isə ümumiyyətlə yaşı o qədər də kritik deyil. Milli komandamızın futbolçuları hələ ən azı 1-2 il komandaya kömək edə bilərlər.
Amma Almeyda, Veşoviç və Patrikin "qatarı gedib". Bu futbolçulara indi hər hansı təklif gəlsə, dərhal buraxmaq lazımdı. Olmasa da, zatən yayda müqavilələri bitir.
Düz beş ay sonra müqaviləsi bitəcək futbolçuların hamısı ya müdafiəçidi, ya dayaq yarımmüdafiəçi. Bir Benzia istisnadı. Bu siyahıda komandaya ən böyük fayda verəcək və müqaviləsi uzadılası yeganə futbolçu da odu. Amma hamıdan birinci getmək ehtimalı olan da...
"Qarabağ"ın müdafiə xətti iki oyundur bizi "90-lar"a - Qurban Qurbanovun futbolçuluq dövrünə qaytarır. O zaman da millimiz, klublarımız beynəlxalq oyunlar keçirəndə əsməcəyə düşürdük, müdafiə xəttinin yaratdığı həyəcandan ürəyimiz ağzımıza gəlirdi. Demək olar ki, hər oyun künc zərbələrindən, standart vəziyyətlərdən qollar buraxırdıq. Bizim qapımıza təyin olunan künc zərbəsi sanki penalti idi. Həmin dövr bizə "ikinci mərtəbə"dən qol vurmayan rəqib tapmaq çətindi.
İndi "Qarabağ" Avropada bir həftəyə keçirdiyi 2 oyunda künc zərbəsindən 5 qol buraxdı. Burda məşqçilərin də günahını danmaq mümkün deyil. Amma mənə görə, əsas problem müdafiəçi və qapıçıların keyfiyyətindədi.
"Qarabağ"ın bu mövsüm transfer etdiyi iki legioner qapıçı bir Lunyovun yerini verə bilmədi.
Ötən mövsüm inamlı çıxış edən Bəhlul Mustafazadə "Qarabağ"a yeni gəldiyi dövrdəki kimi özgüvəni itirmiş durumdadı. Nəticədə panikaya düşür, tragikomik epizodlar yaradır. Məsələn, dünən öz qapıçısı Koxalskiyə anlaşılmaz "podkat" etdiyi kimi.
Mateus Silva, Abbas Hüseynov və Marko Veşoviçin cəminin bu mövsüm sərgilədiyi futbol sonuncunun yaxşı dövrlərindəki oyundan qat-qat zəifdi...
Bu il 30 yaşını qeyd edəcək Aleksey İsayevin birmənalı olaraq yanlış transfer olduğunu deyə bilərik. Heyf ona görə ödənilən dəyərindən qat-qat çox - böyük məbləğdən...
Emmanuel Addai də hələlik özünü doğrultmur... Amma qanalının yaşını nəzərə alıb yenə də Qurban Qurbanovun "sehrli çubuğu"na ümid edirik.
Söhbəti çox uzatmaq olar...
Anlaşılan bu ki, "Qarabağ" nəsil dəyişməlidi! Qurban Qurbanov radikal dəyişiklik sevən biri deyil. Amma indi başqa çarə görünmür... 

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar