AFFA-dan futbolun inkişafına zərbə, yoxsa?

AFFA-dan futbolun inkişafına zərbə, yoxsa?

Sumqayıt, Tovuz, Ağdam, Gəncə, Mingəçevir, Sabirabad, Qax, Cəlilabad, Qusar, Ağstafa, Masallı, Lənkəran, Zaqatala, Bərdə, Salyan, Şamaxı, Yevlax, Siyəzən, Qazax, Şirvan, Kürdəmir, Hacıqabul...
Futbol üzrə ilk Azərbaycan çempionatının yüksək dəstəsindəki 26 iştirakçıdan 22-si bölgə komandaları idi.
Həmin mövsüm 1-ci dəstədə çıxış edən 12 komandadan 8-i müxtəlif əyaləti - Samux, Neftçala, Beyləqan, Şəki, Ağdaş, Ucar, Balakən, Cəbrayılı təmsil edirdi.
Əlbəttə, indi buna inanmaq çətindi, amma ölkə çempionatının yüksək və 1-ci liqalarında Bakıdan başqa müxtəlif şəhər və rayonların 30 komandası iştirak edirdi.
İlk ölkə kubokunun finalında Qaxın, ikinci kubokun finalında isə Sabirabadın komandası oynamışdı.
90-cı illərdə 1-ci divizionda və ölkə kubokunda Göyçay, Şabran, Gədəbəy, Astara, Zərdab, Göygöl, Xaçmaz, Ağsu, Füzuli, Xocavənd, Naftalan və başqa rayonların komandaları iştirak edirdi.
Neftçala, Şəmkir, Quba, Naxçıvan, İmişli, Qəbələ isə yüksək liqada təmsil olundular, "Şəmkir" və "Qəbələ" Azərbaycan futbolu tarixində iz buraxmağı bacardı.
AFFA-nın sabiq şefi Elxan Məmmədovun futbolumuza uzun illər sağalmayacaq yaralar vurduğu dövrdə yüksək liqa komandalarının sayı 8-ə qədər endirildi. Bir az da vəzifədə qalsaydı və əlində imkan olsaydı, bəlkə də, ümumiyyətlə, çempionatı ləğv edərdi.
AFFA-nın yeni rəhbərliyinin dünən Premyer Liqada komanda sayının artırılması haqda qərarı təqdirə, alqışalayiqdi! Düzdü, 12 komanda da azdı. Bu say normalda16-20 olmalıdı. Amma bunun üçün AFFA-nın keçmiş rəhbərliyinin məhv etdiyi region futbolunu dirçəltmək lazımdı. Bu isə zaman tələb edir.
Futbol federasiyasının yeni rəhbərliyinin doğru yolda olduğu əvvəlcədən hiss edilirdi. Artıq əməli işlərə keçildi. Premyer Liqada komanda sayı 16-20 olsaydı, legioner limitinin ləğvi ilə bağlı qərar da bu qədər müzakirə edilməzdi.
Sözsüz ki, heç bir ölkənin çempionatında bütün komandaların büdcəsi bərabər olmur. "Qarabağ", "Sabah" və "Neftçi" üçün limitin ləğvi daha güclü heyət qurmağa şans yaratdı. Bu qərarın yerli futbolçulara zərbə olacağı ilə bağlı fikirlərdə bəlkə də həqiqət payı var. Amma limit dövründə də, azərbaycanlı futbolçuların xüsusi inkişaf etdiyini deyə bilmirik. Təəssüf ki, hələ də Azərbaycanda Avropanın TOP 5 çempionatlarında oynayan 1 futbolçu da yetişməyib...

Limitin ləğvinin mənfi və ya müsbət təsirini zaman göstərəcək. Bəlkə də bu qərar yerli oyunçuların inkişafına təkan verəcək. Futbolçularımız azərbaycanlı olmağın lüksunu yaşayıb, rahat-rahat heç bir ölkədə almayacaqları pulu qazanmayacaq. Zəhmət çəkməyə, öz üzərlərində işləməyə məcbur qalacaqlar. Nəticədə daha çalışqan, daha xarakterli, legioner həyatına can atan azərbaycanlı futbolçu nəsli yetişəcək.
Digər tərəfdən 12-dən çox legioner sifariş verən klubların hər əcnəbiyə 100000, bu say 15-i keçərsə, hərəsinə 200000 min manat ödəməsi haqda qərara görə, bütün komandaların heyətlərini kütləvi şəkildə xarici futbolçulardan quracağı inandırıcı görünmür. Dediyim ki, bu büdcə cəmi 3 klubumuzda var.
2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası bir qədər gecikmiş qəbul olunsa da, uzağı 3 il sonra AFFA-dakı dəyişikliyin effektini görə biləcəyik.
Nəhayət, bir-iki kəlmə də yeni baş katib Cahangir Fərəcullayev haqda. Onu şəxsən tanımasam da, barəsində çoxlu müsbət fikirlər eşitmişəm, güvəndiyim insanlar mədəni və futbolu dərindən bilən adam olduğunu deyirlər.
Mən əvvəldən - Rövşən Nəcəf, Balaş Qasımov, Sərxan Hacıyev və federasiya rəhbərliyində təmsil olunan digər şəxsləri diqqətlə dinlədikdən, arzu-istəklərini, məqsəd-hədəflərini bildikdən sonra pozitivə köklənmişəm və yenilənmiş AFFA-nın uğurlu olacağına inanıram.
Bu çətin işdə əməyi keçəcək hamıya uğurlar, futbolumuzu təmənnasız sevən, inkişafını istəyən hər kəsə səbr arzulayıram!

Son xəbərlər
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
DAHA ÇOX

Ən çox oxunanlar