Çətin və şərəfli yolun başlanğıcı

Çətin və şərəfli yolun başlanğıcı

İnkişafın təməli tənqiddir. Amma sağlam, konstruktiv tənqid!
AFFA-ya illərdir məhvi üçün hər şey edilmiş Azərbaycan futbolunu dirçəltmək istəyən yeni rəhbərlik gəlib. Hər kəsin bəyəndiyi inkişaf strategiyası hazırlanıb. Milyardlarla vəsati göyə sovurmuş keçmiş rəhbərlikdən fərqli vəzifələrindən sui-istifadə etmək əvəzinə səmimi qəlbdən faydalı iş görmək istəyirlər.
Hamı bilir ki, Azərbaycan futbolu kimi təməli, infrastrukturu, mütəxəssisi, hazır futbolçusu, bir sözlə, doğru-dürüst heç nəyi  olmayan sahədə dərhal uğurların, nətcilərin gəlməsi qeyri-mümkündür. Bunu bəlkə fanatik azarkeşlər anlamaya bilər. Amma ömrünü bu sahəyə verən insanlar mütləq anlayır.
O zaman, Allaha təvəkkül edib İsa Peyğəmbər kimi ölünü diriltməyə çalışan bir qüvvəyə mane olmaq, badalaq vurmağa çalışmaq, uğursuzluğunu arzulamaq nəyə və kimə lazımdı?!
Yuxarıda dediyim kimi sağlam, konstruktiv tənqid hər zaman olmalıdı və bu ümumi inkişaf üçün vacib şərtdir. Amma Azərbaycan futbolunda daha çox destruktiv, qərəzli, şəxsi və qrup maraqlarının hər şeyi üstələdiyi "tənqid"ə rast gəlinir. Kimsə vəzifə istəyir, kimsə pul, kimsə güzəşt, kimsə hakimlərdən kömək və s. Bəzilərininsə ümumiyyətlə dərdini anlamaq olmur. Sözdə hamı futbolun inkişafını istədiyini desə də...
Aşağı yaşlardan fərqli əsas milliyə əcnəbi baş məşqçi gətirməyin tərəfdarı olmamışam. Əvvəla, həmin məşqçiyə və komandasına çəkilən xərci daha faydalı işlərə yönəltmək olar. İkincisi, dünyanın ən yaxşı mütəxəssisi də gəlsə, əlində müəyyən material olmadan hansısa ciddi uğur qazana bilməz. 
Zamanında dövlətin inkişaf üçün ayırdığı pullara Berlində saxta akademiya açan keçmiş AFFA rəhbərliyi böyük futbolu kimi uşaq futbolunu da məhv edib.
İndi təzədən hər şey yeni stadionların, akademiyaların tikilməsindən, uşaq futbolundan başlamalıdı. Halbuki, bu mərhələ çoxdan keçilməli idi...
Əsas milli komanda Azərbaycan futbolunun bügünkü vəziyyətini göstərən güzgüdü. Ən yaxşı, ən təcrübəli futbolçularımızdan qurulmuş heyəti Haiti öz evimizdə darmadağın etdi.
Vəziyyəti belə görən Fernandu Santuş radikal addım atdı - Azərbaycan millisinin tarixində ən gənc start heyəti meydana buraxdı.
1-ci Liqadan tapdığı 20 yaşlı Şahin Şahniyarova əsas heyətdə yer verdi. Həmçinin "ulduz xəstəliyi"nə tutulmasa uzun illər millinin lideri olacaq potensiala malik 21 yaşlı Xəyal Əliyevə. Onun həmyaşıdı Nəriman Axundzadə, iyulda 22 yaşını tamamlayacaq Rza Cəfərova da güvəndi. Bu gənclər özlərini itirmədi, ayrı-ayrılıqda hər biri yetərincə yaxşı mübarizə apardı. Əvvəlki matçlarla, təcrübəlilərdən qurulmuş yığmayla müqayisədə orta yaş həddi 24-ü keçməyən bu gənc heyət ruhsuz və istedadsız görünmədi. Əllərindən gələni etdilər. Sadəcə, hardasa bəxt gətirmədi, hardasa da məşqçi işinin zəifliyi ortaya çıxdı...
Santuşun belə cəsarətli qərar verib heyəti əsaslı şəkildə gəncləşdirməsini yalnız alqışlamaq olar. Dediyim kimi təcrübəlilər bu cavanlardan istəkli, mübariz, döyüşkən deyil. Tam əksinə! Ustalıq baxımdan da heç bir fərq hiss olunmur. Demək ki, Santuş doğru yoldadı. Gəlişindən təkrarladığı "gələcəyin heyəti"ni xeyli gecikmə ilə də olsa qurmağa başlayıb.
Yeganə ümid verməyən məqam kollektiv oyunun olmaması, məşqçi işinin görünməməsidi...
Bunu da hələlik Santuşun yaşına və əsaslı dəyişiklərinə bağışlayaq. Gözləyək, bəlkə bu problem də gecikmiş də olsa düzələr. Hər halda indiyəcən millimizin heç bir baş məşqçisi belə köklü nəsil dəyişikliyi etməmişdi. Belarusla oyunda gördük ki, gənclərin həqiqətən də təcrübəlilərdən daha yüksək potensialı var.
Yoldaşlıq görüşlərində nəticə heç bir önəm kəsb etmir. Bu oyunlardan qazancımız milliyə neçə il fayda verəcək 20-21 yaşlı gənclər olacaq. Ölkənin əsas komandasının üzvü olandan sonra karyeralarını xaricdə davam etdirmək şansları da artacaq. Xəyaldan, Şahindən, Rzadan, Nərimandan başqa  millidə oynayacaq potensialda gənclərimiz var:
Xəyal Fərzullayev, Emin Rüstəmov, Cəlal Hüseynov, Rüfət Abbasov, Ayxan Süleymanlı, Abdulla Rzayev, Mustafa Əhmədzadə, Emin Səfərov, Fərid Yusifli,
Rauf Rüstəmli, Nihad Əhmədzadə, Murad Məmmədov, Sadiq Şəfiyev, Rüfət Əhmədov, Yusif İmanov, Ağadadaş Salyanski, Musa Qurbanlı və bəzi adlarını çəkmədiklərim istedadlar "gələcəyin millisi"nin özəyini təşkil edə bilər. Aşağı-yuxarı olamız budu. Seçim o qədər də geniş deyil və bu mənada Santuşa qibtə etmək olmur. Amma indiki vəziyyətdə başqa variant yoxdu.
Bir vaxtlar ən yaxşıları seçmək üçün milli komandanın uzunmüddətli təlim-məşq toplanışları olurdu. Sıfırdan qurulan millimizə mövsüm bitəndən sonra belə bir toplanış və qeyri-rəsmi də olsa hazırlıq görüşləri təşkil edilsə, çox yerinə düşər. Rəsmi matçlar öncəsi ən yaxşı gənclər seçilər, milli formada təcrübə qazanar.
Belarusla görüş göstərdi ki, bu komandada oynamaq üçün təkcə ustalıq, təcrübə, ad-san bəs etmir. Əsas milli formaya verilən dəyərdi və gənclərdə bu daha yaxşı alınır!
Belarusla oyun ümid verdi. Təbii ki, azarkeşlər, fanatlar və ya o qədər də dərin biliyi olmayan futbolsevərlər bunu görməyə, uğurlu işləri gözü götürməyənlərin təbliğatına uya, məğlubiyyətə görə hər söz deyə bilər. Amma əsas bu deyil.
Əsas odur ki, milli komanda üçün düzgün yol xəritəsi seçilib və kənardan deyilənə, yazılana əhəmiyyət vermədən kütləvi gəncləşdirmə siyasətindən dönməmək, kursu dəyişməmək lazımdı. Nə qədər haqlı-haqsız tənqid, təzyiq olsa da.

Gənc futbolçularımız qəhrəman şəhidlərimizin övlarının əlindən tutaraq bu yola başladılar. Çətin amma şərəfli yolda futbolumuza və millimizə uğurlar!

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar