Uğurlar, "Neftçi"!

Uğurlar,

Zaman tez keçir. Tez keçir ifadəsinin özündə bir sürətsizlik var, zaman ildırım sürəti ilə şütüyür, bir göz qırpımında yox olur. Yazılan, qazanılan - tarix olur! 

Həyat davam edir...

Dünənin şanlı tarixi, bu günə stimul olmalı, inam yaratmalı, təkan verməlidir.

"Neftçi" növbəti dəfə Kipr səfərinə yola düşüb. 
Rəhbər, məşqçi, futbolçu heyəti fərqli olsa da, "Neftçi" - "Neftçi"dir! 

On il bundan öncə də marşrut eyni, rəqib isə daha güclü, o il Çempionlar Liqasında 1/4-ə gedib çıxmış, "Real"la qarşılaşmış APOEL idi. Bakılılar da madridlilər kimi cəhənnəmə çevrilən stadionda 3 top vurub geri dönmüşdü. 

Kipr futboluna yuxarıdan aşağı baxılmamalıdır.
Milliləri zəif çıxış etsə də, klub futbolunda avrokuboklarda 5 komanda ilə təmsil olunurlar.
Dövlətin kiçikliyini, futbol ənənələrini götürdükdə, Kipr Avropa klub futbolunda öz səviyyələrinə uyğun sabitliyi ilə seçilən ölkələrdəndir... 

Kiprdə rəqabətədözümlü 4-5 komanda çempionatın ayaqda durmasını qoruyub saxlayır. Elə 10 il öncə, Bakı, Lənkəran, Qəbələ, Zaqatalada olduğu kimi. O illərin, ölkə klub futbolunun dəyəri bilinmədi, hər turda 2-3 qrup, p.-off səviyyəsində oyunlar keçirilirdi.

Eyforiyaya qapılmamalı, "Aris" kiçildilməməlidir.
Təbii, rəqib APOEL, "Apollon" deyil, bununla yanaşı stabil çempionatı təmsil edir. Tək "Neftçi"yə yox, Azərbaycana olan münasibət də unudulmamalıdır. Kiprlilər bizim komandalara qarşı, yumşaq desək, tam fərqli motivasiya ilə çıxış edirlər...

"Neftçi" haqqında fikir bildirməyəcəyik, indi dəstək zamanıdır. Təzyiq olmasın. Klub/komandada olan vəziyyətlə, məşqçi, futbolçular, transferlər, yeni sistemlə bağlı sonra təhlillər apararıq. İndi "Neftçi" camiəsinin bütövləşmə zamanıdır. Əgər dərk edilirsə...

Bütün bəhanələr kənara qoyulmalı, məşqçi təzə gəlib, heyət yeni yığılıb, komandaya cavabdehlər var, bizlik deyil düşüncələri birdəfəlik yox edilməlidir. "Neftçi" Kiprdə yeni zəfər yoluna başlamalıdır...

On il öncə daha ağır Kipr səfərinə yollanılmışdı.
Təyyarədə, meydanda, tribunalarda olan rəhbər-rəsmilər, məşqçi-futbolçular, texniki-inzibati heyət, jurnalistlər bir nəfər kimi nəfəs alırdılar: - "Sabah qəlbimizdə Azərbaycan, Türk bayraqları ilə meydana çıxacayıq"! 

Sabah bütövləşmiş, adına layiq böyük bir klubu meydanda görmək arzusu ilə...

Uğurlar, "Neftçi"!

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar