Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər

Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər

Bu gün Azərbaycan klublarından bəziləri Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yoxlama oyunları keçirəcəklər.

Sports.az xəbər verir ki, günün ilk matçı Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq.

"Sabah" və "Şamaxı" kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Ardınca "Qarabağ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Azərsun Arena"nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Turan Tovuz" isə Özbəkistanın "Paxtakor" klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Daha əvvəl yoxlama matçlarında "Zirə" "Şamaxı"nı 3:1, "Qarabağ" isə "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" isə Rumıniyanın “Qloriya" (Buzeu) komandasına 0:2 hesabı ilə uduzub.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar