"Qarabağ"ın qələbə şansı daha yüksəkdir

Azərbaycanın ilk qanuni mərc saytı Etopaz.az Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyununda çeydan sahiblərinin qələbə qazanmaq şanslarını daha yüksək dəyərləndirir. Sports.az xəbər verir ki, Kadi Borges və Ovusu Kvanenanın gedişinə, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovun zədələnməsinə baxmayaraq, ağdamlılar bu qarşılaşmanın favoriti hesab olunur.  

Etopaz.az "Qarabağ"ın qələbəsinə 2.05, heç-heçəyə 3.30, qonaqların qələbəsinə isə 3.40 əmsal verir. 

Bukmeker "Qarabağ"ın 1:0, 2:0 və ya 3:0 hesabı ilə qalib gələcəyinə daha çox inanır. Bu dəqiq hesablar üçün xüsusi mərcin əmsalı 2.55-dir.

Xatırladaq ki, Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyunu bu axşam Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar