DÇ-2022
Poqba DÇ-2022-ni buraxa bilər!
31.10.2022 | 17:59
“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
Sports.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mövsümün əvvəlində dizindən əməliyyat olunaraq sağalmaq üzrə olan fransalı futbolçunun bud əzələləri zədələnib. Proqnozlara görə, o, ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Fransa yığmasının baş məşqçisi Didye Deşam noyabrın 22-də Avstraliya millisi ilə keçiriləcək turnirin ilk oyununa hazır olmayan heç kimi DÇ-2022-nin siyahısına daxil etməyəcəyini bildirib.
Deşam Fransa millisinin heyətini noyabrın 9-da açıqlayacaq.