“DÇ-2022-nin Qətərə verilməsi səhv qərar idi” - Blatter

FİFA-nın keçmiş prezidenti Yozef Blatter Qətərin DÇ-2022-yə ev sahibliyi etməsinin yalnış olduğunu düşünür.

Sports.az xəbər verir ki, o, bu səhvini illər sonra etiraf edib:

“Bu, səhvdir. Futbol və dünya çempionatı bu ölkə üçün çox böyükdür. Belə seçimə görə məsuliyyət daşıyıram, çünki həmin vaxt FİFA prezidenti olmuşam. Ancaq tarixi dəyişdirmək olmaz”.

Keçmiş FIFA prezidenti həmçinin bildirib ki, 2022-ci il dünya çempionatı ABŞ-da keçirilməli idi:

“Mişel Platini o vaxt mundialın ABŞ-da yox, Qətərdə keçirilməsini istədi. Rusiyadan sonra ABŞ-ın ardıcıl olaraq dünya çempionatına ev sahibliyi etməsi iki siyasi rəqib arasında sülh jesti olardı. Amma Mişel bir gün əvvəl Qətərin vəliəhd şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın. Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı”.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar