DÇ-2022: Niderlandla İngiltərə xal itirdi, İran qələbə qazandı
Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.
Sports.az xəbər verir ki, A və B qruplarında ümumilikdə 4 görüş baş tutub.
Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olub. İran yığması bu matçın son dəqiqələrində vurulan 2 qol sayəsində inamlı qələbəyə sevinib.
Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçirilib. Mundialın ev sahibi Seneqala da uduzmaqla pley-offa yüksəlmək şansını itirib. Niderland isə Ekvadorla oyundan heç-heçə ilə ayrılıb.
Günə A qrupunun İngiltərə - ABŞ matçı ilə yekun vurulub. Bu oyunda qapılara qol vurulmayıb.
Dünya çempionatı
25 noyabr
A qrupu
Qətər - Seneqal 1:3
Qol: Məhəmməd Muntari, 78 - Bulaye Dia, 41. Famara Dyedyu, 48. Bamba Dyenq, 84.
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.
Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Məhəmməd İsmael, 16. Bualem Xuki, 3. Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Əl-Haydos (k), 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif.
Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 21. Yussuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Dyedyu, 15. Krepin Diatta, 9. Bulaye Dia.
Niderland - Ekvador 1:1
Qol: Kodi Qakpo, 6 - Enner Valensiya, 49.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
"Xəlifə" stadionu.
Niderland: 23. Andris Noppert, 22. Denzel Dumfris, 4. Vircil van Deyk (k), 5. Natan Ake, 17. Deyli Blind, 21. Frenki De Yonq, 8. Kodi Qakpo, 14. Devi Klaassen, 7. Stiven Berqveyn, 2. Yurrien Timber, 20. Tön Kopmeyners.
Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 19. Qonsalo Plata, 20. Cekson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya (k), 25. Cekson Poroso.
Xal: Niderland - 4, Ekvador - 4, Seneqal - 3, Qətər – 0.
B qrupu
Uels - İran 0:2
Qol: Rozbeh Çeşmi, 90+8. Ramin Rezaeyan, 90+11.
Qırmızı vərəqə: U.Hennesi, 86.
Baş hakim: Mario Eskobar (Qvatemala).
"Əhməd Bin Əli" stadionu.
Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur.
İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezaeyan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.
İngiltərə - ABŞ 0:0
Baş hakim: Xesus Valensuela (Venesuela).
"Əl Bayt" stadionu.
İngiltərə: 1. Cordan Pikford (k), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq, 9. Harri Keyn (k).
ABŞ: 1. Mett Terner, 2. Serjinyo Dest, 3. Uoker Zimmerman, 4. Tayler Adams (k), 5. Entoni Robinson, 6. Yunus Musa, 8. Ueston Makkenni, 10. Kristian Pulişiç, 13. Tim Rim, 21. Timoti Vea, 19. Haci Rayt.
Xal: İngiltərə - 4, İran – 3, ABŞ - 2, Uels - 1.