DÇ-2022: Neymarla Vinisius üçün əlamətdar matç

DÇ-2022: Neymarla Vinisius üçün əlamətdar matç

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Cənubi Koreya ilə oyun Braziliya yığmasının hücumçuları Neymarla Vinisius Junior üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, 4:1 hesabıyla qalib gəldikləri bu oyunda millinin heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.

Fransanın PSJ klubunun oyunçusu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.

Neymarla Vinisius Junior bu oyunda daha bir unikal nailiyyətə imza atıblar. Belə ki, dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənməyə macal tapıb. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) minimum üç dünya çempionatında qol vurub.

“Sambaçılar”ın 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada hesabı açan Vinisius DÇ-2014-də fərqlənən komanda yoldaşı Neymardan sonra Braziliya millisinin ən gənc qolçusu olub. Neymar 8 il əvvəl Xorvatiya ilə qarşılaşmada 22 yaş 127 günlüyündə rəqibi məyus edibsə, Vinisius bunu 22 yaş 146 günündə reallaşdırıb.

Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə qarşılaşacaq.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
DAHA ÇOX

Ən çox oxunanlar