Mahir Emrelinin komanda yoldaşı DÇ-nin tarixinə düşdü

Mahir Emrelinin komanda yoldaşı DÇ-nin tarixinə düşdü

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb.

Sports.az xəbər verir ki, 27 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialın 1/8 finalında Yaponiya ilə oyunda nail olub.

Livakoviç əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edib. O, turnirlər ərzində ilk iki penaltini qaytaran yeganə qapıçıdır.

Xorvatiyalı oyunçudan başqa həmyerlisi Daniel Subaşiç və portuqaliyalı Rikardu da penaltilər seriyasında üç qurtarışla yadda qalıblar.

Rikardu 2006-cı ildə Portuqaliyanın İngiltərəni (əsas vaxt 0:0) penaltilərlə 3:1 məğlub etdiyi oyunda 3 penalti qaytarıb. Subaşiç isə 2018-ci ildə Danimarka ilə oyunda (əsas vaxt 1:1, penaltilər 3:2) oxşar uğura imza atmışdı.

Xatırladaq ki, Livakoviç Azərbaycan millisinin üzvü Mahir Emreli ilə birgə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinir.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
DAHA ÇOX

Ən çox oxunanlar