DÇ-2022: Portuqaliyalı futbolçu üçün əlamətdar matç

DÇ-2022: Portuqaliyalı futbolçu üçün əlamətdar matç

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İsveçrə ilə oyunu Portuqaliya millisinin futbolçusu Qonsalo Ramos üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, baş məşqçi Fernando Santos bu matçda gözlənilməz qərar qəbul edərək komandanın lideri Kristiano Ronaldonu ehtiyatda saxlamış, əvəzində məhz 21 yaşlı forvarda şans vermişdi.

Baş məşqçinin bu qərarı özünü artıqlaması ilə doğrultdu. Məsələ burasındadır ki, DÇ-2022-də ilk dəfə start heyətdə meydana daxil olan "Benfika"nın forvardı bu oyunda het-trikə imza atdı. O, işini layiqincə gördükdən sonra 73-cü dəqiqədə məhz Kristiano Ronaldo ilə əvəzləndi.

Qonsalo Ramos bu het-triklə 20 illik həsrətə son qoyub. O, 2002-ci ildən bu yana start heyətdə yer aldığı ilk matçda het-trk edən ilk futbolçudur. Son belə uğur Almaniya millisinin üzvü Miroslav Klozeyə məxsus idi.

Ramos həm də 1962-ci ildə oxşar uğura imza atan macarıstanlı Florian Albertdən (20 yaş, 261 gün - Bolqarıstanla matç) sonra ən gənc ikinci oyunçu (21 yaş, 169 gün) adına sahib çıxıb.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
DAHA ÇOX

Ən çox oxunanlar