“İndi sabaha qədər əylənmək vaxtıdır” - Skaloni

“İndi sabaha qədər əylənmək vaxtıdır” - Skaloni

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə təşkil olunmuş dünya çempionatında Fransa yığmasına qarşı keçirdikləri oyunu (3:3, penaltilər 4:2) şərh edib.

Sports.az xəbər verir ki, o, dünya çempionu olduqları matçdan sonra bunları söyləyib:

“Bu, həzz almaq üçün bir andır. Biz çətinliyə öyrəşmişik, ona görə də bunun öhdəsindən gələ bilirik. Zirvədə olmaq unikaldır, inanılmaz həzzdir. Atam və anam mənə heç vaxt təslim olmamağı, heç kimə qarşı çıxmamağı, amma həmişə irəli getməyi öyrətdi. Burada olduğum üçün şanslıyam və tanrıya minnətdaram. Qürur hiss keçirirəm. Matç başlayana qədər heç həyacanlı deyildim. Amma oyun ərzində qəlbim yerindən çıxacaq kimi oldu.

Bütövlükdə əla oynadıq. Yalnız bəzi anlarda rəqib bizə çətin anlar yaşatdı. Cənubi Amerika futbol yenə yüksək səviyyədə olduğunu göstərdi. Avropa futbolu ilə müqayisə aparmaq istəmirəm. 

Penalti seriyasından öncə futbolçulara sonadək optimist qalmağı söylədim. İnamımızı bir an da olsun, itirmək olmazdı. Bizim əla qapıçımı zvar. O, 11 metrlik zərbələrdə necə usta olduğunu göstərdi.

Komandam bu gün Argentina xalqı üçün oynadı. Öz ölkən üçün oynamaq böyük sevincdir. Bu komanda ölkəmizi qürurlandırdı. İnsanlarımıza bu sevinci yaşatdığımız, dünya çempionu olduğumuz üçün qürurluyuq. Tarixi bir an yaşadıq. İndi sabaha qədər əylənmək vaxtıdır”.

Son xəbərlər
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
DAHA ÇOX

Ən çox oxunanlar