Digər
Musayev Yay Paralimpiya Oyunlarına lisenziya qazandı
08.07.2024 | 17:45
Parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
Bu barədə Sports.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qurum tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən yarışda iştirak hüququ ("bipartite") verilib.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.