Digər
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
07.10.2024 | 09:00
Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.
Sports.az xəbər verir ki, 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub.
Azərbaycanın digər güllə atıcısı Sofiya Barxalova isə bu yarışda bürünc medal qazanıb. Qızlar arasında 50 metr məsafəyə atəş açmada idmançımız 535 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.