Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb

 

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Sports.az xəbər verir ki, mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

İdmançı qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar