Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan millisinin 3 boksçusu bu mərhələni qələbə ilə başa vurub.

Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib. 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.  

51 kq-da mübarizə aparan Nicat Hüseynov da yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.

Murad Allahverdiyev (80 kq) də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.

Milli üzvlərindən Nicatla Murad oktyabrın 19-da, Tural isə ertəsi gün rinqə çıxacaq.

Boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar