“Neftçi” “Naxçıvan”a məğlub oldu

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün açılış turunda "Naxçıvan" "Neftçi"ni məğlub edib.

Sports.az xəbər verir ki, qarşılaşma Naxçıvan təmsilçisinin 84:79 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunda yer alan komandaların görüşü Bakı İdman Sarayında baş tutub.

1-ci tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar