Stronqmençilərimizdən Avropa çempionatında uğurlu çıxış

İspaniya Krallığının Madrid şəhərində “Arnold Classic Europe 2024” idman festivalı çərçivəsində keçirilən Avropa çempionatında Azərbaycan Strongmen Federasiyası ölkəmizi uğurla təmsil edib. 

Sports.az xəbər verir ki, federasiyanın rəhbəri dəfələrlə Dünya və Avropa çempionu Bəxtiyar Quliyev (100 kq) master, onun komanda yoldaşı Vüqar Namazov (+140 kq) Open və Master divizyonlarında “Deadlift” (yerdən dartma) hərəkəti üzrə qızıl medal qazanmaqla, dünya rekorduna imza atıblar.

“Strict Curl” üzrə isə Namiq Cəfərov (82.5 kq) və Fəridə Paşayeva Master və Open divizyonlarında yüksək nəticə qazanaraq mütləq çempion olublar. Nicat Hüseynov isə strongmen üzrə 110 kq çəki dərəcəsində ayrı-ayrı hərəkətlərdə 3 gümüş, 1 qızıl medal qazanmaqla Avropa 2-cisi olub.

Yığmamızın digər üzvləri Mehdi Hacızadə (56 kq), Əziz Şükürov (56 kq, gənclər), Özcan Babazadə (60 kq), Akşin İsmayılov (82.5 kq), Sadiq Musayev (90 kq), Zaur Abbasov (100 kq), Cəlil Əliyev (110 kq), Əli Əliyev (110+ kq), İlkin Namazov (140 kq) ayrı-ayrı hərəkətlərdə qalib və mükafatçı adına layiq görülüblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar