Federasiya prezidenti Daşkəsəndə yeniyetmə voleybolçularla görüşdü
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Daşkəsən rayonunda yeniyetmə voleybolçularla görüşüb.
Sports.az xəbər verir ki, federasiya rəhbəri Gəncə RVK-nın Daşkəsən rayonundakı voleybol bölməsinin yeniyetmə idmançıları və məşqçilərilə görüşüb.
Daşkəsən rayon 2 nömrəli tam orta məktəbin idman zalında baş tutan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə RVK-nın rəhbəri Şamil Həsənli və regional voleybol klubun direktoru Sərxan Məmmədov da iştirak ediblər.
Görüşdə qonaqlara Gəncə RVK-nın Daşkəsən bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Çıxış edən Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Sonda Şahin Bağırov və Orxan Abbasova Gəncə RVK-nın simvolik forması təqdim edilib.