Azərbaycan gimnastlarının Kotbus sınağı

Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində start götürəcək batut gimnastikası üzrə “GymCity Open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Sports.az xəbər verir ki, üç gün davam edəcək yarışda fərdi gimnastlar Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı mübarizə aparacaqlar.

Sinxron çıxışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşalıyev və Fərhad Mustafayev - Ömər Qasımlı cütlükləri bacarıqlarını göstərəcəklər.

Onlara məşqçilər Vladimir Şulikin və Abdulla Qasımov rəhbərlik edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar