“Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik” – “Quba”nın legioneri
Növbəti oyunumuzda daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik, dəyişməli olduğumuz bəzi şeylər var.
Sports.az xəbər verir ki, bunu "Quba"nın basketbolçusu Simeon Körkland klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Oyun Azərbaycan Basketbol Liqasının I turunda "Şəki"yə uduzduqları (83:90) matç haqqında fikirlərini bölüşüb:
"Düşünürəm ki, biz bu oyunda yaxşı oynadıq. Qarşılaşmadan sonra öz performansımdan razı deyildim. Çünki biz məğlub olmuşduq. Yaxşı oyun keçirmək və qalib gəlmək istəyirəm. Ən çox xal topladım, amma uduzduq".
ABŞ-dən olan oyunçu Azərbaycan çempionatının səviyyəsi haqqında da danışıb:
"Azərbaycan Basketbol Liqasını və onun azarkeşlərini sevirəm. Oyun çox yüksək səviyyədə idi. Növbəti görüşdə "Gəncə"yə qalib gələ bilərik. Buna inanıram".
O, ölkəmizdə bir neçə həmyerlisinin çıxış etdiyini xatırladıb:
"ABŞ-nin müxtəlif ştatlarından bir çox oyunçuya qarşı oynamışam. Lakin onların çoxunu şəxsən tanımıram. Sadəcə, şadam ki, liqada ABŞ-dən oyunçular var".