Digər
Vəliyevdən Manamada gümüş medal
25.10.2024 | 23:30
Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.
Sports.az xəbər verir ki, yeniyetmə idmançımız qarışıq kateqoriyalar üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə ikinci olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Vəliyev Gimnaziadanın növbəti yarış günlərində 50 metr məsafəyə arxası üstə, kəpənək və sərbəst üzmə üsullarında mübarizə aparacaq.