AAF prezidenti Avropa Atletikasının Konvensiyasında iştirak edir
Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyasında iştirak edir.
Sports.az xəbər verir ki, tədbirdə federasiya rəhbəri ilə yanaşı baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brandon İsakov da yer alır.
Tədbirin ilk günündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının gələcək hədəfləri haqda fikir mübadiləsi aparılıb.
Yığıncağa ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.