Ölkə kubokunda daha iki oyun keçirildi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində bu gün növbəti oyunlar keçirilib.

Sports.az xəbər verir ki, günün ilk görüşü Sumqayıt OİK-də baş tutub.

Burada “Gənclər” və “Azərreyl” komandaları üz-üzə gəlib. Bu oyundan “Azərreyl” 3:0 hesabı ilə qalib ayrılıb. Günün ikinci matçı “Xilasedici” və MOİK klubları arasında olub. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmada “Xilasedici” komandası 3:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, kişilərin mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.

A qrupu
“Gənclər” - “Azərreyl” 0:3 (13:25, 6:25, 19:25)

B qrupu
“Xilasedici” - MOİK 3:0 (25:21, 25:9, 25:10)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar