“Şəki” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasının 3-cü turunda "Şəki" "Sumqayıt"ı məğlub edib.

Sports.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyun meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun sonuncu qarşılaşması bu gün Abşeron Olimpiya Kompleksində gerçəkləşəcək. "Sabah" "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da başlayacaq.

Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar