Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.

Sports.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və "Xilasedici" kollektivləri üz-üzə gəliblər.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.

"Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı, “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.

Qadınlar arasında Azərbaycan Kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron” kollektivlərinin final görüşündən sonra bəlli olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar