Nəriman Abbasovun Marif Pirayevlə döyüşü baş tutmayıb

Azərbaycanlı qaydasız döyüşçü Nəriman Abbasovun (77 kq) “Hype Fighting Championship” turniri çərçivəsində görüşü baş tutmayıb.

Sports.az xəbər verir ki, Rusiyanın güc qüvvələri Moskvadakı Live Hallda təşkil edilən turnirin keçirilməsinə mane olublar.

Liqanın təşkilatçısı Məhəmməd Nosayevdən oktaqonda çıxışı zamanı yarışın dayandırılması tələb olunub. Onlar Nərmanın Marif Pirayevlə görüşünün hüquq-mühafizə orqanları ilə razılaşdırılmadığını bildiriblər. Aparıcı texniki fasilə yarandığını elan edib, Nosayev isə qara maskalıların müşayiəti ilə zaldan çıxarılıb.

Sonda “Hype FC” turnirinin ləğv edilməsinə qərar verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar