“Formula 1” Monako ilə müqavilənin müddətini daha 6 il uzatdı

“Formula 1” Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb.

Sports.az xəbər verir ki, tərəflər 2025-ci ildə başa çatacaq sözləşmənin müddətini 2031-ci ilə qədər artırıblar.

Monako qran-prisi gələn il mayın 23-25-i aralığında baş tutacaq.

8 dəfə qran-priyə ev sahibliyi edən Azərbaycanın "Formula 1" ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar