Digər
Azərbaycan təmsilçisi Avropa Kubokunda çıxışını başa vurub
17.11.2024 | 16:00
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.
Sports.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.
Ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.