Üç məğlubiyyətlə qrup sonuncusu
16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında qrup mərhələsində çıxış edib.
Sports.az xəbər verir ki, Polşanın Debica şəhərində təşkil olunan yarışda B qrupunda yer alan millimiz Estoniya, Litva və Ukrayna yığmalarına qarşı mübarizə aparıb.
Hər üç görüşdə məğlub olan komandamız yarışda mübarizəni başa vurub.
Qeyd edək ki, yarışda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi olan Polşa komandası iştirak edir. AÇ-2025-ə seçmə xarakteri daşıyan çempionat noyabrın 23-də başa çatacaq. Birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
B qrupu
20 noyabr
Azərbaycan - Estoniya 0:3 (21:25, 15:25, 19:25)
21 noyabr
Azərbaycan - Litva 0:3 (16:25, 11:25, 10:25)
22 noyabr
Azərbaycan – Ukrayna 0:3 (11:25, 16:25, 19:25)