Digər
Millimizin 11 üzvü üçün Daşkənd sınağı
03.12.2024 | 16:20
Azərbaycanı Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürəcək batut gimnastikası üzrə “Beyond the Sky” beynəlxalq yarışında 11 gimnast təmsil edəcək.
Sports.az xəbər verir ki, yarışda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Vəliyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova və Şəfiqə Hümbətova bacarıqlarını göstərəcəklər.
Gimnastlara məşqçilər Abdulla Qasımov və Vladimir Şulikin rəhbərlik edəcək. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.