Digər
AMADA və Milli Paralimpiya Komitəsindən maarifləndirici seminar
16.01.2025 | 19:00
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Sports.az Milli Paralimpiya Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.