“Bizi “Sumqayıt”la çətin oyun gözləyir”
“Bizi "Sumqayıt"la çətin oyun gözləyir”.
Sports.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "Ordu"nun baş məşqçisi Alberto Blanko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqibin 6 legionerinin komandanı tərk etdiyini xatırladıb:
"Əvəzində yeni oyunçular cəlb olunub. Orada məşqçi dəyişikliyi də olub. Ona görə də “Sumqayıt”ın 3 ay ərzində hələ ki, hansı tərzdə oynadığını dəqiq bilmirik. Biz sadəcə olaraq oyuna çox yaxşı hazırlaşırıq və həm bu görüşə, həm də kubok qarşılaşmalarına qədər heyətin formada qalmasına çalışırıq. Düzdür, heyət, oyunçuların zədəsi ilə bağlı problemlərimiz var. Bununla belə,“Sumqayıt”la görüşdə yaxşı oynayıb qələbə qazanacağımıza inanıram”.
Qeyd edək ki, yanvarın 18-də baş tutacaq "Sumqayıt" - "Ordu" qarşılaşması saat 19:00-da start götürəcək.