Azərbaycan qılıncoynadanları Bolqarıstanda ikinci oldular

Azərbaycan qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.

Sports.az xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub.

İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılar ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəliblər. Komanda finalda Bolqarıstan yığmasına 35:45 hesabı ilə uduzaraq "EFC FFE Circuit" turnirinin gümüş medalını qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar