Digər
“Abşeron Lions”dan növbəti qələbə

04.12.2025 | 20:20
Azərbaycan Basketbol Liqasının 8-ci turunda daha bir qarşılaşma baş tutub.
Sports.az xəbər verir ki, A qrupunda "Abşeron Lions" NTD ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma "Abşeron Lions"un 102:87 hesablı qələbəsi ilə bitib.
Turun ötən gün baş tutan matçlarında "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.
Son xəbərlər





























