Digər
Azərbaycan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər

07.12.2025 | 19:00
Azərbaycan kamandan oxatanları Rusiyanın Çita şəhərində keçirilən "Vladimir Eşeeyev mükafatı" üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Sports.az xəbər verir ki, təmsilçilərimizdən Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova yüksək nəticə göstəriblər.
Onlar 15 ölkənin iştirak etdiyi yarışda güclü rəqiblərlə mübarizədə fərqlənərək üçüncü yerə sahib olublar.
Yarış dekabrın 4-dən 7-dək keçirilib.
Son xəbərlər





























