Digər
“Ordu” “Neftçi”yə qalib gəldi

11.12.2025 | 20:40
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, qadın voleybolçular arasında 2 qarşılaşma baş tutub.
"Turan" Tovuz Olimpiya İdman Kompleksində "Milli Aviasiya Akademiyası"nı, UNEC kollektivi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər"i 3:0 hesabı ilə məğlub edib.
Kişilərin mübarizəsində isə "Ordu" "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.
Bu matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
Qadınların Yüksək Liqasında 6-cı turun "Murov Az Terminal" – "Abşeron" qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində 6-cı tura dekabrın 13-də yekun vurulacaq.
Son xəbərlər





























