Digər
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı

17.12.2025 | 01:30
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
Sports.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
"Sabah" B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncü olub.
Son xəbərlər





























