AVF rəhbərliyi milli üzvləri ilə görüşdü

AVF rəhbərliyi milli üzvləri ilə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi qadınlardan ibarət millinin VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmasını yüksək qiymətləndirib.

Sports.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident və yığmanın baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Bağırov ilk olaraq voleybolçuları və məşqçilər heyətini təbrik edib. Bildirib ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının favoritlərindən biri olan millimiz finala qədər irəliləyib. 57 ölkənin mübarizə apardığı yarışda ümumi medal sıralamasında 10-cu yeri tutan Azərbaycan komandasının İslam Həmrəyliyi Oyunlarında 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandığını vurğulayan Ş.Bağırov bu mükafatlardan birinin də voleybolçularımız tərəfindən əldə edilməsini yüksək qiymətləndirib.

O, Prezident İlham Əliyevin yarışda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalamasını idmana göstərilən diqqət və qayğının göstəricisi olduğunu söyləyib.

2025-ci ildə Azərbaycan voleybolunun bir sıra uğurlar qazandığını diqqətə çatdıran federasiya prezidenti vurğulayıb ki, Gəncədə keçirilən III MDB Oyunlarında qızlardan ibarət U-16 yığmamız bürünc medal qazanıb. Gələn il ölkə voleybolu üçün əlamətdar il olacağını deyən Ş.Bağırov bildirib ki, voleybolçularımız Avropa Liqası ilə yanaşı, qitənin ən nüfuzlu yarışında da mübarizə aparacaqlar. Ölkəmizin də ev sahibi olduğu 2026-cı il Avropa çempionatında təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi ilə millinin qrupdan çıxaraq növbəti mərhələlərə yüksələcəyinə əminliyini ifadə edib. O, voleybolçuları və məşqçilər heyətini təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Baş məşqçi Faiq Qarayev çıxış edərək bildirib ki, komandamızın bir neçə aparıcı oyunçusu müəyyən səbəblərdən yarışa qatıla bilməyiblər, bu da xüsusilə finalda özünü göstərib. 2017-ci ildə qızıl, 2022-ci ildə bürünc medal əldə edən yığma bu dəfə gümüş medal qazanmaqla favoritlərdən olduğunu bir daha göstərib. O, 2026-cı ildə komandamızı ciddi sınaq gözlədiyini, iyunda Avropa Liqası, avqust-sentyabr aylarında isə Avropa çempionatı keçiriləcəyini bildirib.

Sevindirici haldır ki, Avropa çempionatının bir qrupuna Azərbaycan ev sahibliyi edəcək. F.Qarayev vurğulayıb ki, Milli Gimnastika Arenasında keçiriləcək qitə birinciliyində məqsəd qrupdan çıxıb pley-offa vəsiqə qazanmaqdır. O, ölkə çempionatı başa çatandan sonra millinin hazırlıqlarının başlayacağını nəzərə çatdırıb. Hazırda xarici çempionatlarda çıxış edən digər aparıcı oyunçuların da gəlməsi ilə yığmanın daha da güclənəcəyini deyən mütəxəssis komandanın Avropa birinciliyində uğurlu nəticə qazanması üçün əlindən gələni edəcəyini bildirib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyev də voleybolçuları və məşqçilər heyətini təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə yığma üzvləri və məşqçilər çıxış edərək onlara göstərilən dəstəyə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarının finalında Türkiyə komandasına məğlub olaraq ikinci yeri tutub.

Son xəbərlər
“İnter” “Roma”nın yarımmüdafiəçisi ilə güclənməyə hazırlaşır
“Tottenhem”in baş məşqçi vəzifəsinə daha bir namizəd var
“Bayern”in müdafiəçisi futbolçu karyerasına xitam verə bilər
“Çelsi” Liam Delapla bağlı yekun qərar qəbul etdi
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
DAHA ÇOX

Ən çox oxunanlar