Atletika Federasiyasında ötən ilin ən yaxşıları mükafatlandırıldı

Atletika Federasiyasında ötən ilin ən yaxşıları mükafatlandırıldı

Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

Sports.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Çıxışında ötən il ərzində federasiya tərəfindən ciddi işlərin görüldüyünü və bu istiqamətdə aparılan fəaliyyətin qarşıdakı illərdə nüfuzlu yarışlarda öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirən gənclər və idman naziri Fərid Qayıbov konfransın işinə uğurlar arzulayıb.

Daha sonra baş katib Məhərrəm Sultanzadə il ərzində federasiyanın fəaliyyəti ilə bağlı geniş hesabat xarakterli çıxış edib. Ardınca hakimlər kollegiyasının sədri Şirin Vəliyevin, eləcə də baş mühasib Gülnarə Şiryayevanın hesabatları dinlənilib və qəbul olunub.

Sonra ötən ilin ən yaxşıları mükafatlandırılıb.

İlin kişi idmançısı Əlhəm Nağıyev, ilin qadın idmançısı Yekaterina Sariyeva, ilin gənc idmançısı İlahə Quliyeva, ilin məşqçisi Vidadi Əlisgəndərov, ilin hakimi isə Namiq Əsədov seçilib. Avropa Atletikasının məşqçi mükafatı Oktay Şahtantinskiyə təqdim edilib.

Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev isə Financial Chain Corporation təşəkkürnamə ilə təltif olunub.

Federasiya rəhbərliyi atletika üzrə milli komandanın baş məşqçi vəzifəsinə yeni təyin olunan təcrübəli mütəxəssis, "Əməkdar məşqçi", "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Tofiq Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar