Digər
“Neftçi” “Şəki”yə qalib gəldi

10.01.2026 | 21:15
Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha bir matç keçirilib.
Sports.az xəbər verir ki, A qrupunda "Neftçi" "Şəki" ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan matç "Neftçi"nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.
Turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:81), "Sabah" isə NTD-ni (121:76) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.
Son xəbərlər





























