Digər
Yüksək Liqada 9-cu turun növbəti oyunu keçiriləcək

13.01.2026 | 13:15
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu turun növbəti qarşılaşması keçiriləcək.
Sports.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da başlayacaq.
Turun açılış matçında "Azərreyl" "Ordu"ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.
Son xəbərlər





























